“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…backend

“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın keçmiş müdafiə naziri, general-leytenan Vaqarşak Arutyunyan Azərbaycanın ünvanına yeni hədə səsləndirib. Belə ki, keçmiş müdafiə naziri müharibə başlayacağı təqdirdə Mingəçevir su anbarını vura biləcəklərini bildirib.

Düşmən generalının sözlərinə görə, Ermənistan SCAD raketləri tətbiq edərsə, o zaman bu raketlər vasitəsi ilə öz məqsədinə çata bilər.

Işğalçı ölkənin keçmiş müdafiə naziri Müngəçevir su anbarının vurulağacının hansı fəsadlara səvbəb olacağına da diqqət çəkib. O, bildirib ki, əgər belə bir zərbə endirələrsə, o zaman Azərbaycanın üçdə iki hissəsi su altında qalacaq.

Məlumat üçün qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan bundan öncə də dəfələrlə Mingəçevir su anbarını vura biləcəyi ilə bağlı təhdidlər səsləndirib.

Mütəxəssislər isə hesab edir ki, etibarlı şəkildə müdafiə olunan Mingəçevir su anbarını vura biləcəyi ilə bağlı Ermənistanın hədələri cəfəngiyyatdan başqa bir şey deyil və psixoloji təzyiq məqsədi daşıyır. /moderator/