Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyibbackend

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,125 əmsal əlavə olunub.

Bu, UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutan “Sele” (Sloveniya) – “Sabah” matçından (3:3) sonra reallaşıb. Paytaxt klubu heç-heçə nəticəsində ölkə reytinqinə 0,125 əmsal əlavə edib.

Hazırda Azərbaycan 17.250 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Ukrayna (17,975), 30-cu sırada isə Bolqarıstan (16,500) qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.