Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyevdə fəaliyyətini bərpa edibbackend

Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

29 aprel 2022-ci ildən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:

Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24
Telefon: +380 44 484 69 40
Faks: +380 44 484 69 32

Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:

Müraciətlərin qəbulu – 10:00-13:00
Hazır sənədlərin verilməsi – 15:00-18:00
Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.

Vətəndaşların diqqətinə çatdırırılır ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.

Həmçinin diqqətə çatdırılır ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.