Azərbaycanın Vaşinqtondakı və Belçikadakı səfiri, Los-Ancelesdəki konsulu izahat verməlidirbackend

Azərbaycanın Vaşinqtondakı və Belçikadakı səfiri, Los-Ancelesdəki konsulu izahat verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Los-Anceles və Brüsseldə azərbaycanlıların dinc aksiyasına qarşı ermənilərin qandan gələn barbarlığına hüquqi və ya özünəməxsus şəkildə cavab verilməsi artıq PRİNSİPİAL bir məsələyə çevrilib.

Şəhid ordu generalımızın şəklinin və bayrağımızın ayaqlar altına atılaraq təhqir olunmasına, dinc aksiya iştirakçıların döyülməsinə mütləq cavab verilməlidir. Artıq Xarici İşlər Nazirliyinin yeni komandası bu müstəvidə ilkin addımları atıb.

Lakin hesab edirəm tək Bəyanat verməklə kifayətlənməyib, həmin ölkələrin hüquq mühafizə xidmətlərini bu məsələyə cəlb edib, onların cəzalandırılmasını təmin etməliyik. Türkün qanına susamış erməni terror təşkilatı ASALA emblemli köynəklər geyinib azərbaycanlılara hücum çəkməyin bədəlini ödəməsələr bu daha geniş və ənənəvi müstəvi ala bilər.

Dənizdən dənizə “Böyük Ermənistan” xülyasının reallaşması üçün çalışan, prezidenti, baş naziri və ziyalılarının belə əli Türkün qanına batmış bir toplum ilə istənilən müstəvidə yalnız güc vasitəsi ilə danışmaq olar. Çünki tarix göstərib ki, bunlar güc görməyincə danışıqlar masasına öturan deyillər.

Hesab edirəm Azərbaycanın Vaşinqtondakı və Belçikadakı səfiri, Los-Ancelesdəki konsulu bu məsələdə sorumludular və ciddi məsuliyyət daşıyırlar. Hətta ölkəyə gəlib bu məsələdə ölkə başçısına hesabat və izahat verməlidilər.

Milli və dövlətçilik maraqlarını şəxsi maraqlarından üstün tutaraq xarici ölkədə küçələrə çıxan hər bir həmvətənlimizin təhlükəsizliyi bu diplomatik korpusun üzərinə düşür. Tək bu ölkələrdəki diplomatik missiyaların təhlükəsizliyi deyil, həmçinin bu ölkələrdə yaşayıb, dövlətin maraqlarına xidmət edən azərbaycanlıların da təhlükəsizliyini qorumalıdır. Bu artıq bir milli maraq məsələsidir.

İstənilən məsələnin həllində siyasi iradə və güc ilə yanaşı mənəvi güc və iradə də lazımdır. Qarabağın və itirilmiş 7 ətraf rayonun qaytarılması üçün isə bunlar mütləq gərəkdir. Hərbi güc və siyasi güc güclü iradə olduqda daha effektiv olur.

Xarici ölkələrdəki diplomatik missiya rəhbərləri bu məsələdə ölkə başçısından nümunə götürərək iradə nümayiş etdirməsi lazımdır. Unutmamalıdılar ki, onlar ora dincəlməyə, ömürlərinin qalan hissəsini qürbətdə yaşamağa deyil, dövlətin və millətin maraqlarını təmsil etməyə göndəriliblər.

Dövlət maraqları naminə dinc aksiyalarda burnu qanayan hər bir həmvətənlimizə görə diplomatik korpusumuz məsuliyyət daşıyır.

Görünür gəlini erməni olan (hər halda bu məsələ inkar edilmədi) sabiq Xarici işlər naziri Elmar Məmmədyarovun yarıtmaz bu sisteminin altını bir müddət çəkəcəyik.

NOCOMMENT.az
 İlham Məmmədov