Azərbaycanın vurduğu Rusiya hərbi helikopteri ilə bağlı QƏRAR VERİLDİbackend

Azərbaycanın vurduğu Rusiya hərbi helikopteri ilə bağlı QƏRAR VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 9-da Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistan istiqamətində yanlışlıqla zərərsizləşdirilən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopterlə bağlı ilkin istintaq başa çatıb.

NOCOMMENT-in publika.az-a istinadən məlumatına görə, 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı qəza səbəbilə Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi əsasında məhkəmə prosesinin başladılmasına qərar verilib.

Qeyd edək ki, olaydan sonra Azərbaycan Rusiyadan üzr istəmiş və kompensasiya ödəməyə hazır olduğunu bildirmişdi. Hadisə iki ölkə arasında diplomatik yolla həll olunmuşdu.