Azərbaycanın Xalq artisti vəfat etdibackend

Azərbaycanın Xalq artisti vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xalq artisti Səfurə İbrahimova dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə aktrisanın tanışları məlumat yayıb.

Qeyd edək ki, aktrisa 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub.

Səfurə İbrahimova səhnədə Kamalə, İnci (“Toy” və “Xoşbəxtlər”, Sabit Rəhman), Əsmər (“Alov”, Mehdi Hüseyn), Fernando (“Dəlilər”, Lope de Veqa), Gülnar və Tamara (“Vaqif”, Səməd Vurğun), Nazlı (“Ölülər”, Cəlil Məmmədquluzadə), Ofeliya (“Hamlet”, Vilyam Şekspir) və digər rolları ilə uğur qazanıb.

Aktrisanın kino rolları arasında Telli (“Arşın mal alan”), Həbibə (“Qatır Məmməd”), Sevil (“Sevil”) və s. obrazları da məşhurdur.