Azərbaycanın XİN başçısı Rusiya və Türkiyəyə təşəkkür edibbackend

Azərbaycanın XİN başçısı Rusiya və Türkiyəyə təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçtərəfli bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya Federasiyası və Türkiyənin Birgə Monitorinq Mərkəzi yaradılacaqdır”.

NOCOMMENT xəbər verir ki, bunu ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı deyib.

Nazir bu razılaşmanı reallığa çevirmək üçün verdikləri töhfələrə görə Rusiya və Türkiyəyə təşəkkür edib: “Bu qonşu dövlətlər Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək razılşamanın zamini kimi mühüm rol oynayırlar”.