Azərbaycanın yeniyetmə cüdoçusu ikiqat dünya çempionu oldubackend

Azərbaycanın yeniyetmə cüdoçusu ikiqat dünya çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatının ilk günündə iki medal qazanıblar.

 

NOCOMMENT.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan Nihad Məmişov bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb.

 

2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan N. Məmişov ikiqat dünya çempionu olub.

 

Məhəmmədəli Hüsiyev (50 kq) isə yarışda bürünc medal əldə edib.

 

Qeyd edək ki, turnir sentyabrın 1-də başa çatacaq. (Report)