“Azərbaycanın Zəngəzur dəhlizinə ehtiyacı qalmayacaq” – Politoloqbackend

“Azərbaycanın Zəngəzur dəhlizinə ehtiyacı qalmayacaq” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizinin işə düşməsi yubansa, Azərbaycan İran vasitəsilə Naxçıvana quru keçidini təmin edə bilər. Doğrudur, Tehranla Bakı arasında münasibətlər o qədər də isti deyil, müəyyən problemlər var. Amma Azərbaycanla İran başqa bir layihə üzərində işləyir. Söhbət Araz çayının sahili ilə Naxçıvana gedən dəhlizdən gedir. Əgər bu dəhliz reallaşarsa, Azərbaycanın Zəngəzur dəhlizinə ehtiyacı qalmayacaq. Paşinyan da anlayır ki, Azərbaycanın alternativi var”.

NOCOMMENT.az xəbər verir ki, bunu Bakupost.az -a politoloq Elxan Şahinoğlu bildirib.

Onun dediyinə görə, dəhliz məsələsinin uzanması Ermənistana əslində ziyan vurur:

“İrəvan Zəngəzur dəhlizinin işə düşməsini uzatmaqla heç nəyə nail ola bilməyəcək. Onsuz da Azərbaycan üçün alternativ yollar var. Zəngəzur dəhlizi daha çox Ermənistanın özünə lazımdır”.

Politoloq qeyd edib ki, Ermənistan Azərbaycanla sülhün əldə olunması istiqamətində addımlarını sürətləndirməlidir:
“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını əks etdirən maddə çıxarılmalıdır. Bundan sonra sülh sazişi imzalana və bölgədə sülh və sabitlik bərqərar ola bilər”.