Azərbaycanla Ermənistan arasında hansı razılıqlar var? – AÇIQLAMAbackend

Azərbaycanla Ermənistan arasında hansı razılıqlar var? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda hakimiyyət, xüsusən də Paşinyan hökuməti Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək, kommunikasiyaları açmaq, Ermənistan iqdisadiyyatını xilas etmək üçün tarixi imkan əldə edib”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Əziz Əlibəyli deyib.

O bildirib ki, bu proseslərin qəti şəkildə İranla bağlılığı yoxdur:

“Amma güc mərkəzləri fərqli olduğundan xarici siyasəti və ümumiyyətlə idarəetməmi həyata keçirəcək, ortaq qərar verə biləcək bir Ermənistan adminstrasiyası yoxdur. Hakimiyyətlə yola getməyən bir ordu, ordu ilə yola getməyən hakimiyyət və heç biri ilə yola getməyən revanşistlər var.

Üç müxtəlif qüvvə arasında İrana, Rusiyaya meyilli qondarma rejimin varlığından danışan, Azərbaycana qarşı fikirlər səsləndirə, revanşist mövqedə dayanan müxtəlif xarakterli qüvvələr var. Onlar arasında Azərbaycana qarşı mütləq şəkildə təxribat törətdirmək istəyənlər də var. İranın Ermənistandakı varlığı, gücü, təsir edəcək səviyyəsi o qədər də yüksək deyil. Əslində, reallıq tam olaraq bundan ibarətdir”.

Eyni zamanda, mütəxəssis Ermənistanda ən çox iş görə biləcək əsas qüvvənin Rusiya olduğunu qeyd edib:

“Rusiyasız bu prosesin baş tutması mümkün deyil. Nazirlər, dini icma rəhbərləri görüşüb. Prezidentlərin görüşünə hazırlıq gedir. Bütün bunların hamısı Rusiya vasitəsi ilə reallaşır və çox güman ki, sülh müqaviləsinin imzalanması da elə Rusiyada baş tutacaq.

Bununla da növbəti dəfə Rusiya Qafqaza diqtə edən mövqeyində qalacaq. Amma Qafqaz da sülhün bərqərar olmasında mühüm rolları icra etmiş olacaq.

Görüşlərlə bağlı deyə bilərəm ki, bu görüşlərdə mütləq şəkildə müəyyən nəticələr əldə olunub. Bu gün MDB dövlət rəhbərlərinin onlayn konfransında Paşinyanın da Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər də onu göstərdi ki, müəyyən razılıqlar var. Onun açıqlanması zaman məsələsidir. O cümlədən, bizim “qırmızı xəttimiz” var: delimitasiya, demarkasiya, Zəngəzur dəhlizi. Paşinyan da Zəngəzur dəhlizi ilə bağlı bildirdi ki, həm dəmiryolu, həm də avtomobil yolu olacaq.

Məhz belə anlaşılmanın olduğu məqamda Qarabağdakı separatçılar arasında müəyyən dairələr ümumi prosesə zərbə vurmaq üçün təxribat törətdi. Mən düşünürəm ki, bu, yalnız epizodik olaraq qalacaq, amma Azərbaycan tərəfi, yeri gəlsə, antiterror əməliyyatı ilə onları zərərsizləşdirəcək”./Sonxəbər.az