Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinə Rusiyadan MÜNASİBƏTbackend

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinə Rusiyadan MÜNASİBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Moskvanın Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası daxil olmaqla, bütün məsələlərin istisnasız olaraq siyasi-diplomatik metodlarla nizamlanmasını dəstəklədiklərini vurğulayıb:

“O mövqedən çıxış edirik ki, razılaşmalar dayanıqlı, balanslaşdırılmış və qarşılıqlı məqbul xarakteri daşımalıdır. Onlar regionda davamlı sülhə nail olunmasına xidmət etməlidir. Biz tərəflərə bundan sonra da delimitasiya ilə bağlı üçtərəfli razılaşmalar əsasında məsləhətçi yardımı göstərməyə hazır olduğumuzu təsdiqləyirik”.