Azərbaycan və Ermənistan arasında müharibə ehtimalları, Ermənistan tərəfindən gerçəkləşir.
Bu fikirləri NOCOMMENT.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.
Azərbaycan həmişə regionda sülh və stabilliyi təmin etmək üçün sülhpərvər mövqeyini ifadə edib. 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızı öz gücümüzlə işğaldan azad etmiş olsaq da, regionda şərtləri diqtə edən tərəf olaraq belə, biz yenə də Ermənistanla barış mühiti və qarşılıqlı etimadın yaranmasına böyük maraq göstəririk. Lakin müşahidə edirik ki, Ermənistan sürətlə silahlanır və kütləvi hücum silahları verən ölkələr, xüsusilə Fransa, Azərbaycan ilə Ermənistan arasında barış və etimad mühiti yaratmağa deyil, əksinə, dağıdıcılığa və müharibəyə meyillidir.
Son bir ay ərzində Azərbaycan-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində Ermənistanın törətdiyi təxribatlar və ordumuza qarşı silah tuşlaması, bu reallığı ortaya qoyur: Ermənistan sülh mesajları versə də, özünü sülhə hazır tərəf kimi göstərməyə çalışsa da, əslində Azərbaycanla müharibəyə hazırlaşır. Ermənistanın bütün addımları, dövlətlərarası münasibətlərdə qarşıdurmanın daha da kəskinləşməsinə və müharibə ritorikasının güclənməsinə səbəb olur. Buna görə də Ermənistan, Azərbaycana qarşı təxribatlar törədir və müharibə ritorikasını gündəmə gətirir.
Elnur Quliyev