Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var – RƏYbackend

Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla inkişaf etdirilir:

“Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayır”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Macarıstanda işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin bu ölkənin Baş naziri Viktor Orbanla keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, həmçinin liderlərin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin dünəninə, bugününə baxış olmaqla yanaşı, perspektivlərə işıq salır.

“Biz dost ölkələrik, strateji tərəfdaşıq” söyləyən Prezident İlham Əliyev onu da xüsusi vurğuladı ki, Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Bunlardan biri tarixi köklərimizə bağlılıqdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Azərbaycan da eyni vəziyyətdədir. Bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”, – o deyib.

Deputat xatırladıb ki, Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir:

“Dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib”.