Azərbaycanla Naxçıvanı bu dəhliz birləşdirəcək – VİDEObackend

Azərbaycanla Naxçıvanı bu dəhliz birləşdirəcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “TRT Haber” televiziya kanalı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini təmin edəcək yol barədə süjet hazırlayıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, reportajda avtomobil yolundan savayı ərazidə dəmir yolu xəttinin də mövcud olduğu qeyd olunub və bildirilib ki, razılaşmaya əsasən, bu dəmiryolu xəttinin xidmətlərindən də istifadə olunacaq.

Xatırladaq ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının 9-cu bəndində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təmin edilməsi haqqında razılıq əldə olunub.