Azərbaycanla Rusiya arasında pərdəarxası danışıqlar gedib və… – Putin-Ərdoğan görüşündə razılaşmalar olacaqbackend

Azərbaycanla Rusiya arasında pərdəarxası danışıqlar gedib və… – Putin-Ərdoğan görüşündə razılaşmalar olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev Rusiya mətbuatına ötən gün verdiyi müsahibədə kifayət qədər iki ölkə arasında müsbət məqamlara toxundu. Qeyd edim ki, iki ölkə arasında Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyət ilə bağlı fikir ayrılıqları mövcuddur. Çünki, Rusiyanın burada sülhməramlı fəaliyyətində ciddi problemlər var. Rəsmi Bakı yüksək səviyyədə Moskvaya öz etirazını bildirib”.

NOCOMMENT.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq xatırladıb ki, Prezidentin bu müsahibəsindən sonra Rusiya Müdafiə nazirliyi keçmiş “DQMV” sərhədlərini yığışdırıb. Hadrut, Xocavəndin böyük bir ərazisi və Şuşa üzərində xəritə oyunları ləğv edilib. Xəritə Rusiya sülhmərmlı qüvvələrinin məsuliyyət zonasına daxil olan əzariləri əhatə edir. Həmçinin Laçın istiqamətində bir neçə ərazidən çəkiliblər. Bunu Azərbaycanla Türkiyənin mövqeyinin güclənməsi və Rusiyanın reallıqla barışmalı olduğu kimi səciyyələndirmək olar. Bundan əlavə, Azərbaycanla Rusiya arasında pərdəarxası danışıqlar gedib və burada Azərbaycanın maraqları tanınıb. Belə olmasaydı, Prezident İlham Əliyev Rusiya mətbuatına belə bir müsbət müsahibə verməzdi”.

M.Əsədullazadənin fikirinincə İranın təxribatlarına qarşı Azərbaycanın cavab verməsi, Qafan- Gorus yolunda post qoyması, Qarabağda silahlı erməni birləşmələrinə qarşı təzyiqlər, ötən gün Monastr üzərindən və digər ərazilərdən separatçıların bayraqların götürülməsini tələb etməsi, bu prosesdə Rusiyanın neytral qalması, Moksva və Bakı arasında müəyyən bir razılaşmaların olduğunu göstərir:

“Bakı və Moskva arasında müəyyən müsbət atmosferin formalşaması Putin və Ərdoğan görüşünə də müsbət təsir edəcək. Görünür, belə bir görüşdə hər iki tərəfin maraqlarına cavab verən razılaşmalar olacaq ki, Kremlin və rəsmi Bakının qarşılıqlı jesatləri nəzə çarpır. Artıq Azərbaycan Rusiyadan da müəyyən şəkildə hərbi texnika alacağı razılaşdırılıb. Məhz Rusuyanın narahat edən əsas faktorlardan bir bu idi ki, Azərbaycan bazarını itirməsin. Silah alışı sövdələşməsi Kremlin güzəştlərə getməsində müstəsna rol oynayır”.

“Artıq ATƏT Minsk qrupunun fəliyyətində də müəyyən bir korrektlər görünür. Həmsədrlər verdiyi bəyanatda yalnız Azərbaycanla Ermənistan aarsında münasibətlərin nizamlanmasına töhfə verəcəklərini qeyd etdilər.

Rusiya tərəfi Minsk qrupunun aktiv şəkildə Qarabağ məsəsləində rol almasında maraqlı deyil. Ermənistan Azərbaycan arasında əlaqələrdə maraqlıdır. Buna baxmayaraq Moskva bu formatdan istənilən vaxt Azərbaycan əleyihnə istifadə edə bilər.

Təbii ki, baş verənlər poseslərin Azərbaycanı maraqlarına uyğun formalşamsında Türkiyə -Azərbaycan tandeminin güclənməsindən irəli gəlir”, – deyə politoloq şərhini tamamlayıb.
Yenisabah