Azərbaycanlı atıcı tarixi qələbə qazandı – 20 ildən sonra ilkbackend

Azərbaycanlı atıcı tarixi qələbə qazandı – 20 ildən sonra ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib.

NOCOMMENT.az xəbər verir ki, atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb.

Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb.

Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.