Azərbaycanlı bloqerin Rusiyadakı mənzili borc səbəbindən satılacaqbackend

Azərbaycanlı bloqerin Rusiyadakı mənzili borc səbəbindən satılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanəsilli bloqer “Subo”nun (əsl adı Sübhan Murad oğlu Məmmədov) Rusiyanın Federal Vergi Xidmətinə olan borcu səbəbindən Moskva vilayətinin Odintsovi şəhərindəki mənzilinə həbs qoyulub.

NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, 10 milyon rubl (təqribən 211 000 manat – red.) dəyərindəki 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzil müsadirə ediləcək.

Mənzil 91 milyon rubl (təqribən 1 924 000 manat – red.) məbləğində olan borcun bir hissəsini ödəməkdən ötrü satılacaq.

Xatırladaq ki, “Subo” 2025-ci ilin fevralında Rusiya vətəndaşlığından məhrum edilib. O, vergidən yayınmaya və çirkli pulların yuyulmasına görə axtarışdadır. Bloqerin BƏƏ-yə köçdüyü bildirilir.