Azərbaycanlı Coca-Cola-da məsul vəzifəyə təyin edildibackend

Azərbaycanlı Coca-Cola-da məsul vəzifəyə təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətində azərbaycanlı mütəxəssis Elşad Fərzəliyev Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru təyin edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, yeni vəzifədə Elşad Fərzəliyev “Coca-Cola” şirkətinin Azərbaycan, Qazaxstan və Özbəkistan da daxil olmaqla regionun 8 ölkəsində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması, dövlət qurumları və ictimaiyətlə əlaqələr, sosial məsuliyyət proqramlarının inkişafı kimi məsələlərə rəhbərlik edəcək.

Elşad Fərzəliyev 2014-cü ildən “Coca-Cola” şirkətində işə başlayıb və burada ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində bir sıra rəhbər vəzifələri icra edib.

“Coca-Cola” şirkəti ilə əməkdaşlığa başlamazdan öncə də Elşad Fərzəliyev bir çox yerli və xarici şirkətlərdə, beynəlxalq layihələrdə PR və kommunikasiya sahəsi üzrə uğurlu işlərə imza atıb.

Qeyd edək ki, milyardlarla insanın tanıdığı və sevdiyi sərinləşdirici içkiləri istehsal edən “Coca-Cola” şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.