Azərbaycanlı deputat: Ermənistan hakimiyyəti zəng edib yalvarır ki…backend

Azərbaycanlı deputat: Ermənistan hakimiyyəti zəng edib yalvarır ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan arasında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlər artıq dördüncü günə keçib. Məlumdur ki, müharibə aparmaq üçün hər bir ölkənin təkcə hərbi-siyasi deyil, həm də iqtisadi resurslara ehtiyacı var. Çünki iqtisadi baxımdan zəif olan dövlətlər müharibəyə uzun müddət davam gətirə bilmirlər.

NOCOMMENT xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında bildirib ki, aparılan hərbi əməliyyatlar həm də iqtisadi gücə və resurslara əsaslanır, çünki iqtisadi güc və resurs olmadan müharibə aparmaq indiki şəraitdə qeyri-mümkündür: “İndiki zamanda iqtisadi güc, ehtiyatların həcmi və bu ehtiyatlardan səmərəli istifadə etmək müharibə şəraitində həlledici rol oynayır. Azərbaycan və Ermənistanı müqayisə etsək, görərik ki, ordunun gücü arasında çox böyük fərq var. Azərbaycan ordusunun gücü reytinqlərdə Ermənistandan ən az iki dəfə üstündür.

Səhv etmirəmsə, biz açıqlanan hesabatlara görə, güc baxımından 64-cü, Ermənistan isə 112-ci yerdədir. Eyni zamanda bunun arxasında duran iqtisadi gücə baxdıqda Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatından təxminən 3 dəfə böyük olduğu görünür. Burada ümumdaxili məhsulun həcmi də nəzərə alınır. Bizim həm valyuta ehtriyatlarımız, həm iqtisadiyyatın özünün daxili resursları və ehtiyatları lazımi qədər var”.

Millət vəkili vurğulayıb ki, hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsi qədərdir: “Ordumuzun uzun müddət döyüş aparmaq üçün həm ərzaqla, həm texniki təminatla bağlı ehtiyatları var. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi özü də hərbi ləvazimatların, eyni zamanda hərbi patronların, resursların istehsalı ilə məşğuldur. Əslində, bizim daxili istehsalımız da ordunun uzun müddət təmin etmək üçün hazırlanıb”.

Ermənistan iqtisadiyyatına gəldikdə isə mütəxəssis qeyd edib ki, eyni şeylərii Ermənistan haqqında demək mümkünsüzdür, çünki son bir neçə gün ərzində davam edən hərbi əməliyyatlar Ermənistanda artıq milli valyutanın devalvasiyasına səbəb olub: “Kursun dəyişməsinə fikir verdikdə görürük ki, qısa müddət ərzində döyüşlərin aparılması Ermənistan iqtisadiyyatında artıq panikaya səbəb olub. Həmçinin pandemiya da onların iqtisadiyyatına təsirsiz ötüşməyib. Digər bir amil də ondan ibarətdir ki, Ermənistan iqtisadiyyatının böyük hissəsi dağ-mədən sənayesinin hesabına formalaşır və dağ-mədən sənayesi də daha çox işğal olunmuş Azərbaycan ərazilərində formalaşıb, həmçinin sərhədyanI digər ərazilərdə…

Bu sənaye Ermənistan iqtisadiyyatı üçün mühüm resurs mənbəyidir. Amma son döyüş əməliyyatları nəticəsində həm işğal olunmuş ərazilərdə, həm də şimal hissədə Azərbaycan sərhəddinə yaxın olan ərazilərdə dağ-mədən sənayesi şirkətləri fəaliyyətlərini dayandırmağa məcbur olmuşdur ki, bu da Ermənistan iqtisadiyyatının mühüm gəlir mənbəyindən məhrum olması deməkdir. Ona görə də təsadüfi deyil ki, ermənilər xüsusən Ermənistan hakimiyyəti hər tərəfə zəng edib yalvarmaqla döyüşün qısa müddət ərzində dayandırılmasını istəyirlər. Çünki onların uzun müddət döyüş aparmağa nə resursları, nə də ordu gücü mövcuddur”.