Azərbaycanlı döyüşçü Ukraynada həlak oldu – FOTObackend

Azərbaycanlı döyüşçü Ukraynada həlak oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayətində Konstantinovka uğrunda döyüşlərdə həlak olub.

NOCOMMENT xəbər verir ki, bu barədə Odessada yaşayan həmvətənimiz Anar Ağazadə özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Fuad bəyin atası istefada olan hərbi həkimdir: “Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Ağası Hun Məmmədlinin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin”.

Anar Ağazadə qeyd edib ki, Fuad Məmmədovun kiçik qardaşı Rasim də hazırda Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edir.