Azərbaycanlı əsgər morqda dirildibackend

Azərbaycanlı əsgər morqda dirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Morqa aparılan azərbaycanlı əsgər dirilib.

NOCOMMENT sonxeber-ə istinadən xəbər verir ki, məlumata görə həmin əsgər baş kəşfiyyatçı Elxan Maarif oğlu Hüseynov olub. Bildirilir ki, o, Şuşa və digər işğalda olan şəhər və kəndlərimizin azad olunmasında əvəzsiz xidmət göstərib.

Döyüş tapşırığını həyata keçirən zaman, snayper atəşi nəticəsində başından yaralanan Elxanın şəhid olduğu güman edilir və əsgər yoldaşları tərəfindən morqa aparılır. 2 gün morqda qaldıqdan sonra, 3-cü gün digər valideyinlər öz nəşlərini təhvil götürməyə gəldikdə Elxanın xırıltısını eşidiblər və onun sağ olduğunu anlayıb dərhal xəstəxanaya aparmaq qərarına gəliblər.

Xəstəxanaya aparılarkən maşın minaya düşüb və möcüzəvi şəkildə həyatda qalmağı bacarıb, lakin daha da ağır yaralanıb. Hazırda Elxan Bakı şəhərində reanimasiyada yatır.