Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlısının həbs müddəti uzadıldıbackend

Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlısının həbs müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən, İkinci Qarabağ Müharibəsində hərbiçilərimizə əsir düşən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

NOCOMMENT apa-ya istinadla xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib. L.Mkrtçyanın barəsindəki həbs müddəti daha 4 ay uzadılıb.

Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.​​​​​​​