Azərbaycanlı futbolçudan Türkiyədə son dəqiqə qolubackend

Azərbaycanlı futbolçudan Türkiyədə son dəqiqə qolu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə I Liqasının XVIII turu çərçivəsində “Keçiörengücü” doğma meydanda “Ərzurum BB” ilə qarşılaşıb. 

NOCOMMENT.az xəbər verir ki, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli “Keçiörengücü”nün heyətində 46-cı dəqiqədə meydana çıxıb. O, oyunun əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Bu nəticədən sonra 32 xala malik “Ərzurum BB” üçüncü pilləyə yuvarlanıb, “Keçiörengücü” isə 18 xalla 16-cı yerdə qərarlaşıb.