Azərbaycanlı gənc Facebook-da işə başlayıb – FOTObackend

Azərbaycanlı gənc Facebook-da işə başlayıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı gənc Emin Quliyev ABŞ-ın çoxmillətli korporasiyalarından olan “Meta”da Baş proqram mühəndisi vəzifəsində işə başlayıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Emin özü elə fesybuk səhifəsində paylaşım edib.

E.Quliyev qeyd edib ki, fəaliyyətə başlaması münasibəti ilə “Meta” ona bir cütü ağ, o biri isə qara olmaqla 2 cüt corab hədiyyə edib.

Corabların üzərində isə “Hər bir səyahət ilk addımdan başlayır və hər bir ortaqlıq bir səslə başlayır. “Meta”da icma yaratmaq üçün addım atmaq budur”.

Münhen Texniki Univestitetini bitirən E.Quliyev bu təyinata qədər “Microsoft”, “Amazon” və “Delivery Hero” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.