Azərbaycanlı gənc rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaqbackend

Azərbaycanlı gənc rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc rejissor Toğrul Abbasovun “Kemal Amca & Geri Dönüşüm Sanatı” adlı ilk sənədli filmi 3-cü Sinevizyon Beynəlxalq Film Festivalında açılış filmi olaraq nümayiş olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə filmin yaradıcı heyətindan məlumat verilib.

Beliğ Paşa xatirəsinə həsr olunan “Sinevizyon Uluslararası Film Festivalı” Kipr Türk Film & TV dərnəyinin təşkilatçılığı ilə baş tutacaq.

Yaradıcılıqla yanaşı Doğu Akdeniz Universitetinin magistr pilləsində təhsilinə davam edən Toğrul Abbasovdan aldığımız məlumata görə film 64 yaşlı sənətkar, Kipr türkü Kemal Ermesin həyat və sənət hekayəsindən bəhs edir və Kemal bəy öz işini təkrar istehsal sənəti adlandırır. Ekran əsəri perspektivdə türk dünyası mədəniyyəti və insanlarını tanıtmağı hədəfləyir.

Doğu Akdeniz Universitetinin dosenti Pembe Behçetoğullarının layihə konsultantı olduğu, işıqda Əlibəy Məmmədov, səsdə Firuz Əlövsədov, kamera və montajda isə Vahab Dadaşlının imzasını daşıyan filmin xronometrajı 12 dəqiqədir.

24 sentyabr tarixində Lefkoşa şəhəri, Atatürk Mədəniyyət Mərkəzində baş tutacaq festivalın qala gecəsindən sonra ekran əsəri Modern.az saytında da izləyicilərə təqdim olunacaqdır.