Azərbaycanlı generalın əmri ilə Zod yatağının fəaliyyəti tam dayandırılıbbackend

Azərbaycanlı generalın əmri ilə Zod yatağının fəaliyyəti tam dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda işğal dövrü istismar etdikləri Söyüdlü (Zod) qızıl yatağının geri qaytarıması ilə razılaşmaq istəmirlər.

NOCOMMENT azpolitika-ya istinadən xəbər verir ki, erməni mətbuatının bugünkü əsas gündəm mövzularından biri məhz bu yatağın Azərbaycanın nəzarətinə keçməsilə bağlı xəbərlər olub.

Xatırladaq ki, sözügedən yatağın böyük hissəsi Azərbaycan ərazisinə aiddir və buradakı mədənlər Kəlbəcərin işğalı dönəmində Rusiya sərmayəli “GeoProMining Gold Company” şirkəti tərəfindən istismar olunub.

Ermənistan mətbuatı yazır ki, artıq yataqda işlər tam dayandırılıb: “GeoProMining Gold Company şirkəti işini tam dayandırmağa məcbur olub.

Çünki Azərbaycan yatağa gedən yolu tam bağlayıb, oraya getmək mümkün deyil. Şirkətin nümayəndələri Azərbaycan generalı ilə görüşmək istəyiblər. Həmin general isə – “istəsəniz də, istəməsəniz də, vəziyyət budur”, – deyib”.