NOCOMMENT.az ənənəvi olaraq cəmiyyətdə maraq doğuran, insanları narahat edən Kök Hüceyrə proseduru zamanı yaranan suallar ilə bağlı Ağrı Müalicə Mərkəzinin rəhbəri, Alqoloq-ağrı həkimi Vüsal Eyvazova üz tutduq.
Bir neçə ilə bundan öncəyə qədər Azərbaycanda Kök Hüceyrə proseduru ilə bağlı heç bir məlumat yox idi, bu proseduru həyata keçirən həkimlər var idisə də, tanınmırdı. Bu müalicə üsulu ölkəmizdə sizinlə tanındı. Kök Hüceyrə prosedurlarının həyata keçirilməsi ilə bağlı yaradılan Ağrı Müalicə Mərkəzi necə oldu buna qərar verdi.
– Həqiqətən də son illərə qədər ölkəmizdə bununla bağlı elə bir geniş bilgi yox idi. Bütün oynaq problemlərinin bir həlli yolu var idi. Ya Medikamentoz, ya da bu günlərdə də oynaqdaxili sürtünməni azaldan, qidalandırmanı artırılmasında istifadə olunan oynaq daxili yeridilən bialdron turşusunun ineksiyasından istifadələr.
Türkiyədə təhsilimi davam etdirən zaman insanlar arasında çox sayda oynaq xəstəlikləri ilə müraciət edən xəstələr Kök Hüceyrə ineksiyası ilə demək olar ki, bu problemdən tamamilə azad olurdu.
Bu ilk olaraq mənim də marağıma səbəb oldu və məndə ciddi suallar yaradırdı. Doğrudanmı bu presedur oynaq yaradır və bu problemin birdəfəlik həllindən çıxış yoludur?
Türkiyədə professor və hocaların həmin proseduur həyata keçirdiyi xəstələr ilə sonrakı görüşlərində xəstələrin söylədikləri və şəxsən gördüyüm mənzərələr məndə bu sahəyə böyük maraq yaratdı. Rentgenoloji görüntülərdə belə olmayan, yeyilmiş qığırdaqların Kök Hüceyrə prosedurundan sonra bərpa edilərək yeni qığırdaqların yaranması və verdiyi yüksək nəticələr mənim diqqətimi cəlb etdi. Belə ki, bu 21-ci əsrin tibb elmində bu istiqamətdə bəlkə də ən uğurlu bir neçə prosedurdan biri idi.
O zaman mən nədən bizim insanlar bunun faydasını görməsin, niyə bizim həmvətənlilərimiz bu kimi prosedurdan ötəri xarici ölkələrə üz tutsunlar deyə düşündüm və bu prosedurun Azərbaycanda da həyata keçirilməsi ilə bağlı qərar verdim. Çünki bu insanlar arasında mənim doğmalarım, yaxınlarım və mənə əziz olan insanlar da var.
Bu səbəbdən mən bu istiqamətdə Alqologiya, Kök Hüceyrə ilə bağlı biliklərimi daha da mükəmmələşdirərək ölkəmizdə tətbiqinə başladım və qısa zamanda böyük uğurlar əldə edirik.
Ən böyük uğurlarımız müalicə prosedurundan sonra xəstələrin özlərinin etirafları, müayinələri və bu insanların özlərinin yaxşılığa doğru dəyişikliklərin baş verənlərin söyləmələridir. Bu artıq nəticədir.
Mən dəfələrlə desəm də ki, yeni qığırdaq yaranır, xəstənin şikayətləri keçir və rahatlaşır, bu suallar doğura bilər ki, bu həqiqətən də belədirmi?
Amma bu günə qədər 150-dən artıq Kök Hüceyrə proseduru həyata keçirdərək müalicə etdiyim qığırdaq yeyilməsi, ortrozdan şikayət edən xəstələrin sonrakı söylədikləri, özlərinin də gördükləri müsbət dəyişikliklər ilə bağlı danışıb bunun bir daha şahidi olmaq mümkündür.