KoronaVirus İnformasiya Portalı
Azərbaycanlı iqtisadçı kişilər üçün yeni dəbin başlanğıcını qoydu – FOTObackend

Azərbaycanlı iqtisadçı kişilər üçün yeni dəbin başlanğıcını qoydu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış iqtisadçısı Natiq Cəfərli evdən taykeş ayaqqabılarla çıxıb.

NOCOMMENT-in xəbərinə görə, bu barədə N.Cəfərli özü sosial şəbəkə səhifəsində məlumat verib.

“Bu gün yatıb qalmışdım, saat 11:00 da “Zoom”la mühazirəm var idi, tələsik evdən çıxdım ki, ofisdə rahat şəkildə qoşulum, evdəkilərə də mane olmayım. Ancaq bir neçə saatdan sonra fikir verdim ki, evdən taykeş ayaqqabılarla çıxmışam.

İndi də gəlib yazacaqlar ki, xeyir ola, sənin iki cüt ayaqqabın-zadın var. İndidən deyim, mən hökumətdən maliyyələşirəm, son 4 ildə Avropa Məhkəməsində hökumətdən 65 min manat udmuşam”, – deyə N.Cəfərli qeyd edib.