Azərbaycanlı İrəvanın mərkəzində topraq sahəsi aldıbackend

Azərbaycanlı İrəvanın mərkəzində topraq sahəsi aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerevanın mərkəzində yerləşən Baqramyan küçəsi, 3-cü döngə sakinləri etiraz aksiyası keçiriblər.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, onlar yaşadıqları binanın qarşısındakı sahənin əslən azərbaycanlı olan İran vətəndaşına satılmasından gileyləniblər.

“Ərazidə ağaclar kəslib, tikinti işləri aparılır. Etiraz edəndə əraziyə gələn polis bizə güc tətbiq etdi, 2 nəfər bölməyə aparıldı. Hüquq-mühafizə orqanları ərazinin sahibini müdafiə edirlər. Polisin azərbaycanlıları müdafiə etməsindən qəzəbliyik. Heç olmasa erməni olsaydı belə qəzəblənməzdik”, – deyə bina sakinləri deyir.

Yerevan meriyası isə sakinlərə ərazinin İran vətəndaşı tərəfindən satın alınması barədə 1 ay öncədən məlumat verildiyini və alqı-satqı işlərinin qanunvericiliyə uyğun şəkildə aparıldığını açıqlayıb.