Azərbaycanlı jurnalist İstanbulda vəzifəyə təyin edilib – FOTObackend

Azərbaycanlı jurnalist İstanbulda vəzifəyə təyin edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif İstanbulda Mübariz İbrahimov adına Azərbaycan məktəbinin müdiri vəzifəsinə təyin edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə report-a onun özü danışıb.

M.Şərif bildirib ki, rəhbərlik etdiyi məktəb dörd ildir fəaliyyət göstərir: “Tədris Azərbaycanın təhsil proqramı üzrə keçirilir. Kitablar Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə Təhsil Nazirliyi tərəfindən göndərilir. Məqsəd burada işləyən, yaşayan Azərbaycan ailələrinin uşaqlarının təhsildən kənar qalmamasıdır”.