Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Aişə Axundova dünyasını dəyişib.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, infarkt keçirən jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Aişə Axundova uzun müddətdir AZƏRTAC-da müxbir-tərcüməçi kimi çalışıb.