Azərbaycanlı hərbi kursant Elvin Eldəniz oğlu Quluzadə Türkiyədə yerləşdirildiyi xəstəxanada vəfat edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, Rusiyada hərbi təhsil aldığı müddət ərzində 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunub.
Vurğulanıb ki, E.Quluzadə daha sonra müalicəsini davam etdirmək üçün 2024-cü il iyulun 19-dan Türkiyənin Ankara Universitetinin Tibb fakültəsinin xəstəxanasında yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, 2025-ci il fevralın 25-də həmin xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.