Azərbaycanlı məşhur rejissor Niderlandda vəfat edibbackend

Azərbaycanlı məşhur rejissor Niderlandda vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı rejissor Ramiz Əliyev (Ramiz Hindarxlı) Niderlandda vəfat edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, kinorejissor 84 yaşında uzun sürən xəstəlikdən sonra Niderlandın Dodrext şəhər xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, R.Əliyev 15 mart 1938-ci ildə Ağcəbədi rayonu Hindarx qəsəbəsində anadan olub. 1956-cı ildə “Azərbaycanfilm”də fəaliyyətə başlayan soydaşımız müxtəlif illərdə rejissor assistenti, ikinci rejissor və rejissor kimi Azərbaycan kinosuna töhfələr verib. O, rejissor kimi “Bəyin oğurlanması”, “Dəli Kür”, “Həm ziyarət, həm ticarət”, “İnsan məskən salır”, “İstintaq”, “Qayınana”, “Qızmar günəş altında”, “Möcüzələr adası”, “O olmasın, bu olsun”, “Hotel otağı”, “Ölsəm, bağışla”, “Şir evdən getdi”, “Yenilməz batalyon” və digər 40-a qədər film üzərində çalışıb.