Azərbaycanlı məşhurlar restoranda oxumaq üçün nəqədər qonorar alırlar?backend

Azərbaycanlı məşhurlar restoranda oxumaq üçün nəqədər qonorar alırlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddət böyük zallarının bağlı qalması müğənnilər arasında restoranda konsert üsulunu artırıb. Artıq bir müddətdir ki, sənət adamları müxtəlif məkanlarda konsertlər verir.

Bəzi ifaçılar qonorarlarını sirr kimi saxlamağa çalışsa da, açıqlayanlar da olub.

NOCOMMENT xəbər verir ki, Xalq artisti Aygün Kazımova pandemiya dövründə ən çox konsert verən sənət adamı olub. Müğənni hətta bəzi günlərdə iki restoranda bir neçə saatlıq çıxışlar edib. Hər dəfə məkanı tamaşaçı ilə dolduran müğənninin restoranda çıxış üçün istədiyi qonorar 15-20 min manat arası dəyişir. Qiymət məkanın böyük və ya kiçik olmasına görə müəyyənləşir.

Müğənni Elton Hüseynəliyev böyük zallardakı konsertdən az qonorar istədiyini, restoranda isə 15 min manata çıxış etdiyini bildirib. Əgər konsert xarici ölkədə olarsa, qiymət qalxır və dollarla istənilir.

Müğənni Roza Zərgərli bildirib ki, restoranda konsert onun üçün daha asandır. “Təşkilatçılıq işlərinin başqasına həvalə edilməsi məsuliyyəti azaldır. Restoran konserti üçün 7 min manat istəyirəm”, – deyə ifaçı söyləyib.

Meyxanaçı Namiq Qaraçuxurlu qonorarını açıqlamağı xoşlamadığını söyləyib. O bildirib ki, restoranda qonorarı yüksəkdir: “Səbəb odur ki, restorana gələn müştəri çox pul xərcləyir. Məbləğ müxtəlifdir, bunu dəqiq söyləmək olmur. Bunu demək də doğru olmaz. restoranda konsert maddi baxımdan sərf edir. Lakin konsert zalında yaşadığın hissləri orada yaşamaq olmur”.

Müğənni Nadir Qafarzadə restoranda konsert vermir. İfaçı yarım saatlıq çıxış etməyə üstünlük verir. O bildirib ki, restoran konserti maraqlı olsa da, tamaşaçılar diqqəti yeyib-içməyə ayırır. “Əsl səhnədə konsert başqadır, tamaşaçı səni dinləyir və alqışlayır. Elton eşitdim ki, Türkiyədə konsert verəcək. Onun səsinə diqqət olacaq, yaxşı ifaçıdır. Məmnuniyyətlə onun konsertinə getmək istəyərdim”, – deyə nadir əlavə edib.

Xalq artisti Miri Yusif də restoranlarda tez-tez konsert verən sənət adamları sırasındadır. Sənətçinin konsert qiyməti 8-15 min manat arası dəyişir.

Müğənni Zamiq Hüseynov isə restoranda konsert üçün 8-10 min manat qonorar istəyir.

Xalq artisti Röya Ayxan da restoranda verdiyi kosnertlə tez-tez tamaşaçı qarşısına çıxır. İfaçı məkandan asılı olaraq 10-18 min manat qonorar istəyir.

Rusiyada tez-tez konsert verən Şəbnəm Tovuzlu 7 min dollar istəyir. O bildirib ki, əgər Moskvadadırsa, qonorarı 5 min dollara endirir. Bakıda şou-proqramlara qatılanda 3500-4000 manat qonorar istəyən Şəbnəm 1 saatdan artıq çıxış etmir. Şəbnəm bir müddət əvvəl İstanbulda olan konsertdən 8 min dollar qonorar alıb./axsam.az