Azərbaycanlı məşhurların kredit borcları: Yüz min manatadək – VİDEObackend

Azərbaycanlı məşhurların kredit borcları: Yüz min manatadək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəbdəbəli və lüks həyat tərzi sürən, günlərini təmtəraqlı məclislərdə keçirən, bahalı avtomobilləri, geyimləri, aksessuarları ilə daim gündəmdə olan şou-biznes nümayəndələri bu dəfə cah-cəlallı həyatlarının görünməyən üzündən, borclarından və kreditlərindən danışıblar.

NOCOMMENT baku.ws-ə istinadən xəbər verir ki, aparıcı Afaq Gəncəlinin “Şourum” verilişinə müsahibə verən məşhurlar müəyyən dövrlərdə 2 mindən 70 min manata qədər kredit borcları olduqlarını bildiriblər.

Sənətçilərin kreditə götürdüyü əşyalar arasında bahalı avtomobillərdən tutmuş telefon və soyuducu kimi müxtəlif elektron avadanlıqlar da yer alıb.

Bəzi şou-biznes nümayəndələri isə kreditə üstünlük vermədiklərini deyiblər. Onlar arasında Xalq artisti Faiq Ağayev, o cümlədən “Avroviziya” təmsilçilərimizdən olan Səmra Rəhimli yer alıb.

Həmin görüntüləri təqdim edirik: