Azərbaycanlı milyarder yeni şirkətlər yaradırbackend

Azərbaycanlı milyarder yeni şirkətlər yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki,yığıncağın iyunun 14-də keçirilməsi nəzərdə tutulub.

Növbəti illik ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:

– “AzNar” QSC-nin 2023-cü il üçün illik maliyyə hesabatlarının müzakirəsi.

– “AzNar” QSC-nin 2023-cü maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi.

– “AzNar” QSC-nin restrukturizasiyası və yeni törəmə cəmiyyətlərinin, təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlərin müzakirəsi.

Qeyd edək ki, “AzNar”2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 30 milyon manatdan bir qədər çoxdur. Müəssisənin əsas səhmdarı Azərbaycan əsilli Rusiyalı iş adamı Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.

Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.