Azərbaycanlı müğənni:Təl-Əvivdə səhər saat 5-də raket səsinə oyandıq, zirzəmiyə düşdük – FOTObackend

Azərbaycanlı müğənni:Təl-Əvivdə səhər saat 5-də raket səsinə oyandıq, zirzəmiyə düşdük – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tel-Əvivdə olan zaman Azərbaycan diaspor və səfirlik nümayəndələri mütəmadi olaraq bizimlə əlaqə saxlayırdı”.

NOCOMMENT.az apa-a istinadən xəbər verir ki, bunu İsraildən Vətənə qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib.

Müğənni Təl-Əvivdə olarkən keçirdiyi həyəcanı uzun müddət unutmayacağını qeyd edib: “Səhər saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində hotelin zirzəmisinə düşməyimiz bildirildi, biz də düşdük.

Azərbaycanın diaspor və səfirlik nümayəndələri hoteli tərk etməməyimizi məsləhət bildilər.

Çox çətin anlar yaşadıq. Amma çox şükür ki, artıq Vətəndəyik. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm”, – müğənni əlavə edib.

Qeyd edək ki, azərbaycanlı müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə HƏMAS-ın İsrailə hücumundan sonra yaranan hərbi vəziyyətə görə, Təl-Əviv şəhərində qaldıqları hoteldə sığınacağa yerləşdirilib.

“Avroviziya” təmsilçimiz İsrailə konsert proqramı çərçivəsində çıxış etmək üçün səfər etmişdi.