Azərbaycanlı qadın İnterpola verildibackend

Azərbaycanlı qadın İnterpola verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hüquq-mühafizə orqanları insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə İnterpol məlumat yayıb.

Bildirilib ki, 1984-cü ildə anadan olan Azərbaycan vətəndaşı Leyla Əliyeva insan alverində təqsirləndirilir. Onun saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən L.Əliyeva təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.