Azərbaycanlı şagird MIT-yə qəbul oldubackend

Azərbaycanlı şagird MIT-yə qəbul oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı şagird ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,bu barədə elm və təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesablarında məlumat dərc edib.

“Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbi olan ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. Fidan məktəbli olduğu dövrdə bir sıra yerli və beynəlxalq olimpiadalarda qazandığı uğurları ilə seçilib. Fidanı təbrik edir və təhsilində uğurlar arzulayıram”, – deyə nazir bildirib.