Azərbaycanlı səhiyyə meneceri Beynəlxalq Konqresdə çıxış etdi – VİDEO/FOTObackend

Azərbaycanlı səhiyyə meneceri Beynəlxalq Konqresdə çıxış etdi – VİDEO/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Sağlamlıq Mərkəzinin (BSM) əməkdaşı Fəqan Həsənzadə Türkiyənin Samsun şəhərində təşkil olunan “5. Beynəlxalq 15. Milli Sağlamlıq və Xəstəxana İdarəsi Konqresi”ndə iştirak edib.

Bu barədə NOCOMMENT.az –a Bakı Sağlamlıq Mərkəzinin əməkdaşı Fəqan Həsənzadə məlumat verib.

Hər il mütəmadi olaraq müxtəlif universitetlərdə təşkil olunan Sağlamlıq və Xəstəxana İdarəsi Konqresinə bu il Ondokuz May Universiteti (OMU) ev sahibliyi edib.

Türkiyədə “Səhiyyənin idarə olunması” istiqamətində uzmanlıq təhsili alan Fəqan Həsənzadə konqresin birinci sesiyasında “Azərbaycanın dəyişən səhiyyə sisteminin dəyərləndirilməsi” mövzusunda çıxış edib.

Konqresin əsas məqsədi dünyada yaranan inkişaf və problemləri elmi baxımdan ələ almaq və qiymətləndirmək, həll yollarını təklif etmək, səhiyyə xidmətlərinin idarə edilməsi, səhiyyə informasiya texnologiyaları, səhiyyə müəssisələrində təşkilati davranış, ictimaiyyətlə əlaqələr, strateji idarəetmə, maliyyə menecmenti və s. mövzularının müzakirə olunmasıdır.

Konqresdə OMU rektoru Prof. Dr. Yavuz Ünal, Samsun valisi Dos. Dr. Zülkif Dağlı və Türkiyənin bir çox universitetlərindən Səhiyyənin idarə olunması fakültələrinin rəhbərləri çıxış ediblər.

Qeyd edək ki, 13 oktyabr tarixindən Atatürk Konqres və Mədəniyyət Mərkəzində keçirilən konqres -15 oktyabr tarixinə kimi davam edəcək.

Jalə Bədirova

NOCOMMENT.az