Azərbaycanlı tələbə dünyanın ən yaxşı hakerləri arasındabackend

Azərbaycanlı tələbə dünyanın ən yaxşı hakerləri arasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Major League Hacking (MLH) – Yüksək Hakerlər Liqasının 2022-ci il üçün TOP-50 siyahısı açıqlanıb.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, builki siyahıda azərbaycanlı tələbə Firəngiz Qənbərlinin də adı var.

ABŞ-nin Kanzas Universitetində II kurs tələbəsi olan Firəngiz ən yaxşı 50 haker arasına 18 ölkədən kompüter texnologiyaları ilə məşğul olan 100 min gənc arasından seçilib. Seçilən ən yaxşı gənc kompüter mütəxəssisləri Kanada, Çin, ABŞ, İngiltərə, Cənubi Koreya, Kolumbia, Yunanıstan, Misir, Efiopiya, Hindistan, Meksika, Pakistan, Özbəkistan, Tunis, Vyetnam, BƏƏ, Şri Lanka kimi ölkələri təmsil edirlər.

Qeyd edək ki, Firəngiz Qənbərli Amerikada kompüter elmləri ixtisası üzrə tam təqaüdlü təhsil alır. Bu günə qədər müxtəlif haker müsabiqələrinin qalibi olan Firəngiz “HackKU-2021” və “HackKU-2022” müsabiqələrinin təşkilatçısı kimi də böyük uğur qazanıb. Hazırda “Microsoft” şirkətində təcrübəçi olan Firəngiz Qənbərli eyni zamanda Kanzas Universiteti Kompüter Mühəndisləri Assosiasiyasının prezidenti və “Women in Computing Club KU” platformasının ictimaiyyətlə əlaqələr üzrə sədridir.