Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçirdibackend

Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçirilib.

NOCOMMENT.az xəbər verir ki, dinc aksiya Nyu Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutub.

Əllərində Azərbaycan və Türkiyə bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar tutan həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər.

Onlar ətrafdan keçən yerli və xarici diplomatları, yerli və beynəlxalq ictimayyətin nümayəndələrini Ermənistanın Azərbaycanın tarixi torpaqlarında apardığı işğalçılıq siyasəti haqqında məlumatlandırıblar.

Nümayişdə çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb ediblər.

Aksiya iki saat davam edib və Nyu York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edib.