Azərbaycanlılar İrəvana necə gedə bilər? – Ermənistan XİNbackend

Azərbaycanlılar İrəvana necə gedə bilər? – Ermənistan XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ilə Azərbaycan arasında vizasız rejim de-fakto işləmir.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

“Məsələnin əsasını 9 dekabr 1992-ci il tarixli MDB vətəndaşlarının vizasız səyahət haqqında müqavilə təşkil edir. Sazişin hüquqi normaları Ermənistan və Azərbaycan vətəndaşları üçün de-fakto işləmir. İstisna olaraq hər iki ölkə vətəndaşlarının Ermənistana və ya Azərbaycana daxil olması səlahiyyətli orqanların birbaşa nəzarəti altında xüsusi icazə əsasında həyata keçirilir”, – o bildirib.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin saytında Azərbaycan vətəndaşlarının Ermənistana təkcə pasport ilə vizasız səfər edə biləcəyi qeyd edilib. Həmin məlumat sosial şəbəkələrdə səs-küyə səbəb olub.
Axar.az