Azercell-də xidmət haqqı tutulmayacaqbackend

Azercell-də xidmət haqqı tutulmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telecom” tərəfindən təqdim edilən “Paycell” xidməti çərçivəsində 1 ay müddətinə xidmət haqqı tutulmayacaq.

NOCOMMENT.az  şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq qeyd olunan xidmət üzrə 10 aprel 2020-ci il tarixindən 9 may 2020-ci il tarixinədək olan dövr ərzində xidmət haqqı tutulmayacaq.

Xatırladaq ki, “Paycell” xidməti abonentlərə öz balansından istənilən “Azercell” fakturasız xətt nömrəsinə vəsait köçürməyə imkan verir.

APA