“Azercell” ilk dəfə tariflərini endirəcəkbackend

“Azercell” ilk dəfə tariflərini endirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyunun 6-dan etibarən Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti İraqda göstərilən rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək.

NOCOMMENT.az  şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan tarixdən “Azercell”in fakturalı və fakturasız (“Sim-Sim”) xətt sisteminə aid nömrələrdə bu ölkədəki rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları qüvvəyə minəcək.

Belə ki, İraqda göstərilən rouminq xidməti üzrə daxil olan zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 0,50 manat, bütün istiqamətlərə edilən zənglərin bir dəqiqəsi 7 manat, göndərilən hər bir SMS isə 0,50 manat təşkil edəcək.

Qeyd edək ki, hazırda bu tariflər İraqın daxili operatorlar (“Asia Cell” (“Ooredoo”), “Zain” (“Iraqna”, “Orascom”)) şəbəkəsindən asılı olaraq daxil olan zənglərin bir dəqiqəsi – 0,82-0,92 manat, bütün istiqamətlərə edilən zənglərin bir dəqiqəsi – 24,6-9,2 manat, bir SMS-in qiyməti isə 0,50-0,60 manat təşkil edir. APA-Economiks

Xəbərin Mənbəyi: https://apa.az/az/infrastruktur/Azercell-Iraqda-rouminq-tariflrini-endirck-585187