Yasamal rayon Məhkəməsində “Azercell Telekom”la bağlı növbəti prosesə baxılacaq.
NOCOMMENT.az xalq.az-a istinadən xəbər verir ki, “Azercell Telekom”la bağlı narazı abunəçilərin məhkəməyə müraciətləri davam edir. Bu dəfə də iddianı Kərimov Rauf Faiq oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
İşə sabah hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə baxılacaq.
“Azercell Telekom”la bağlı digər işə isə Suraxanı rayon Məhkəməsində baxılacaq. İddianı Sadıqov Sadıx Allahverdi oğlu qaldırıb. İddiaçı “Azercell”lə bağlanmış müqavilələrin ləğv edilməsini tələb edir.
İşə 14 noyabr tarixində hakim Səlimə Miriyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovadır.
Tərəfləri dinləməyə hazırıq.