“Azərenerji”də nə baş verir? – İxrac gəlirlərində 39 milyon dollarlıq azalmabackend

“Azərenerji”də nə baş verir? – İxrac gəlirlərində 39 milyon dollarlıq azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərenerji”nin ixrac gəlirlərində kəskin azalma davam edir.

NOCOMMENT.az xəbər verir ki, ASC ilin ilk rübündə cəmi 1 milyon, təkcə mart ayında isə 382,4 min ABŞ dollar həcmində enerji ixrac edib.

Ötən ilin birinci rübündə isə bu rəqəm 40,3 milyon dollara bərabər olub. Başqa sözlə, son bir ildə “Azərenerji”nin enerji ixracından gəlirləri 97,5% və ya 39,3 milyon dollar azalıb.  

Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 8-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən il oktyabrın 10-da baş nazir Əli Əsədovun sərəncamı ilə “Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib. Ümumilikdə isə 2024-cü ildən etibarən dövlət şirkətinin enerji ixracı üzrə gəlirləri kəskin azalır.//Valyuta.az