Azərenerji-dən 63,5 milyonluq tender – büdcədən çıxan nəhəng məbləğbackend

Azərenerji-dən 63,5 milyonluq tender – büdcədən çıxan nəhəng məbləğ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərenerji Açıq Tipli Səhmdar Cəmiyyəti yeni tikilən yarımstansiya (YS) üçün avadanlıqların satın alınması ilə bağlı tender elan edib.

NOCOMMENT.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 63.550.255,00 AZN təşkil edir.

Texniki sənədlərə əsasən, alınacaq avadanlıqlar sırasında yüksək gərginlikli ayırıcılar və transformatorlar üstünlük təşkil edir. Belə ki:

3 qütblü, In=2000 A-lik, Un=220 kV, 40kA/3 san, 2 torpaqlayıcı bıçaqlı, 220 V sabit cərəyan intiqallı ayırıcı – 11 ədəd

3 qütblü, In=2000 A-lik, Un=220 kV, 40kA/3 san, 1 torpaqlayıcı bıçaqlı, 220 V sabit cərəyan intiqallı ayırıcı – 11 ədəd

1 qütblü, In=2000 A-lik, Un=220 kV, 40kA/3 san, 1 torpaqlayıcı bıçaqlı, 220 V sabit cərəyan intiqallı ayırıcı – 27 ədəd

220 kV tutum gərginlik transformatoru (ikinci tərəf 3 kernalı) – 18 ədəd

220 kV induktiv gərginlik transformatoru (ikinci tərəf 4 kernalı) – 6 ədəd

220 kV cərəyan transformatoru 1000/5/5/5/5/5/5A – 30 ədəd və.s

Siyahıda digər elektrik avadanlıqlarının da yer aldığı bildirilir. /32gun.az/