KoronaVirus İnformasiya Portalı
“Azərenerji” elektrik enerjisi ixracını azaldıbbackend

“Azərenerji” elektrik enerjisi ixracını azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 34,3 milyon ABŞ dolları dəyərində 744,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

NOCOMMENT.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,8 milyon ABŞ dolları (24%) və 304,1 milyon kVt/saat (29%) azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,5%, qeyri-neft sektoru üzrə ixracında isə 6,3% paya malik olub.

Azərbaycanın elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.