Azərenerji və Azərişıq əməkdaşlarının sayını azaltdılarbackend

AzərenerjiAzərişıq əməkdaşlarının sayını azaltdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun olaraq “Azərenerji” və “Azərişıq” işə çıxan əməkdaşlarının sayını kəskin azaldılıb.

Bu barədə qurumlardan NOCOMMENT-ə daxil olan birgə məlumatda bildirilib.

Qeyd edilib ki, şənbə, bazar və bayram günlərində də növbəli şəkildə fasiləsiz olaraq iş başında olan əməkdaşlar əvvəlki karantin rejimi vaxtlarında olduğu kimi bu dəfə də istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsini həyata keçirəcəklər.

Həmçinin bildirilib ki, son dövrlər çaylarda su səviyyəsinin azalması enerjinin istehsalına təsir edib, hava hərarətinin getdikcə yüksəlməsi fonunda çox sayda insanın evdə qalaraq kondinsioner işlətməsinə görə elektrik enerjisinə olan təlabatı əvvəlki günlərlə müqayisədə bir qədər də artıb.